Ali Məhkəmə Plenumunun iclası keçirilib

A- A A+

İyulun 4-də Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib.

“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Ali Məhkəmə Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə Ali Məhkəmə Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar verilib.

Həmçinin “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Ali Məhkəmə Plenumunun qərar layihələri barədə məlumat verilib.

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin təşkili barədə” 2024-cü il 9 oktyabr tarixli 10 nömrəli Plenum qərarında dəyişiklik edilməsi haqqında Qərar səsverməyə qoyularaq qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: