Fərdi ailə təsərrüfat sahibi mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda özünəməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüş keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Vüsal Süleymanlı qeyd edib ki, 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına mütəmadi  köməklik göstərilir. Bu  məqsədilə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 164 aztəminatlı ailənin özünəməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.

Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar.  

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, fərdi ailə təsərrüfatını nümunəvi inkişaf etdirdiyinə görə Culfa rayonunun Yaycı kənd sakini Məmməd Cəfərov diplomla mükafatlandırılıb.

Özünəməşğulluq proqramına cəlb edilmiş 3 sosial qayğıya ehtiyacı olan şəxsə verilmiş aktivlərin onların mülkiyyətinə keçirilməsi üçün sənədlər təqdim edilib.

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: