ADY qatarları yay qrafikinə keçir

A- A A+

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçir.

ADY-dən NUHÇIXAN-a bildirilib ki, məqsəd 2025/2026-cı il tədris ilinə hazırlıq işlərinin görülməsi, Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması, hərəkət təhlükəsizliyinin davamlı təmin edilməsi, qatarlarda müəyyən təmir işlərinin aparılmasıdır.

Bununla əlaqədar olaraq iyulun 10-dan etibarən həftənin iş günlərində dairəvi marşrut üzrə reyslərin sayı müvəqqəti olaraq 10 reys azaldılacaq.

Qrafikdən çıxarılan reyslər Bakı–Sumqayıt–Pirşağı–Bakı xətti üzrə Sumqayıt stansiyasından saat 06:45, 10:35 və 11:30, Bakı Dəmiryol Vağzalından isə saat 09:30 və 10:30 reysləridir. Həmçinin Bakı–Xırdalan və Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqamətləri üzrə Bakı Dəmiryol Vağzalından saat 07:05, 07:45 və 18:35, Xırdalan stansiyasından 08:22, Sumqayıt vağzalından isə 06:15 reysləri müvəqqəti dayandırılır.

Sahələrdə davamlı olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: