Naxçıvanda rəhbərlər üçün inkişaf proqramı başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Rəhbərlər üçün İnkişaf Proqramı” çərçivəsində sonuncu təlim sessiyası və test əsaslı qiymətləndirmə mərhələsi baş tutub.

Proqram boyunca iştirakçılar müasir idarəetmə üsulları, liderlik bacarıqları, strateji planlaşdırma və effektiv kommunikasiya kimi mövzularda bilik və bacarıqlarını artırıblar. Təlimlərin məqsədi rəhbər və idarəçi heyətin idarəetmə qabiliyyətlərini təkmilləşdirmək, onların peşəkar inkişafına dəstək göstərmək olub.

İyulun 7-də keçirilən test əsaslı qiymətləndirmə ilə proqramın son mərhələsi tamamlanıb. Bu mərhələ iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi və ümumi nəticələrin müəyyən olunması baxımından əhəmiyyət kəsb edir.

Daha sonra keçiriləcək sertifikasiya imtahanından sonra proqramı uğurla başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunacaq.

Naxçıvan Təlim Mərkəzi bundan sonra da rəhbər kadrların inkişafına yönəlmiş proqramların təşkili istiqamətində fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: