Ordubadda “ağıllı” kənd təsərrüfatı modeli tətbiq ediləcək

A- A A+

Ordubadın yenilənən baş planı çərçivəsində kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, eləcə də təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi əsas hədəflərdəndir. Layihənin hazırlanması prosesinə yerli əhali, mütəxəssislər və sahə üzrə ekspertlər də cəlb olunub. Müxtəlif mərhələlərdə onların fikirləri nəzərə alınaraq planlara inteqrasiya olunur.

NUHÇIXAN xəbər verir ki, layihəni həyata keçirən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Wiest bu barədə ətraflı məlumat verib. O bildirib:

“Ordubadda yeni iş yerlərinin yaradılmasına yönəlik tədbirlər görüləcək. Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhəri dəyişmək deyil, mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində ‘smart’ – yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu həm məhsuldarlığı artıracaq, həm də yeni filial və müəssisələrin yaranmasına şərait yaradacaq.”

Angela Wiest təhsil sahəsində də inkişafın nəzərdə tutulduğunu, yeni məktəblərin tikintisi və səhiyyə infrastrukturunun genişləndirilməsi istiqamətində addımların atılacağını bildirib:

“Bu yeniliklər xüsusilə gənclərin Ordubadda qalmasına, burada yaşayıb yaratmasına stimul verəcək. Məqsəd Ordubadın simasını dəyişmək deyil, onu daha da gücləndirib gələcəyə daşımaqdır.”

Hazırda baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: