Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklikləri təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanuna edilən dəyişikliklərə əsasən, 18.7-ci maddənin ikinci cümləsində “attestasiyadan” sözü “müsahibədən” sözü ilə əvəz olunur. Həmçinin 29.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilərək yeni 29.2.10-cu maddə əlavə edilir. Bu maddədə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatdıqda əmək münasibətlərinin başa çatması nəzərdə tutulur. 32-ci maddə üzrə isə yaş həddi ilə bağlı dəyişikliklər edilib. Belə ki, 32.2-ci maddədə “yaş həddi 60” ifadəsi “son yaş həddi 65” ilə əvəz olunub, 32.3-cü maddənin müəyyən cümlələri çıxarılıb, 32.4-cü maddədə isə “Yaş” sözü “Son yaş” ilə dəyişdirilib. Qanunun keçid müddəasına əsasən, bu dəyişikliklər qüvvəyə mindiyi gündən prokurorluqda qulluqda olan və bundan sonra qəbul edilən prokurorluq işçilərinə şamil edilir.
Qanunvericilikdə edilən bu yeniliklər prokurorluq orqanlarında qulluq keçmə yaş həddinin artırılması və prosedurların təkmilləşdirilməsinə xidmət edir.