Naxçıvanda avtomobil motosikletlə toqquşub, xəsarət alan var - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN-ın məlumatına görə, hadisə Əziz Əliyev küçəsində – Koroğlu heykəlinin yaxınlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Hüseynov Uğur Vüqar oğlunun idarə etdiyi motosikletlə 74-BC-722 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü xəsarət alıb və Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: