Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1264-ü əkiz, 57-si üçəm doğulub.
Qeyd olunan müddətdə ölkədə 25 min 148 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6-dan 5,9-a enib.