Şərurda qətl hadisəsi baş verib

A- A A+

Şərur rayonunda qətl hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə rayonun Daşarx kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahimov İbrahim Əbülfəz oğlu, həmin kənd sakini, 1971-ci il təvəllüdlü İbrahimov Cabir İbrahim oğlu tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, İbrahim Cabirin qardaşı oğludur və onu küt alət ilə öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: