İrəc Hatəmi: Naxçıvan güclü iqtisadi, mədəni və turizm potensialına malikdir

A- A A+

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı mühüm sənaye və istehsal müəssisələri ilə yaxından tanış olduq, yüksək səviyyəli görüşlər keçirdik. Burada olarkən Naxçıvanın güclü iqtisadi, mədəni və turizm potensialına malik olduğunu gördük.

NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun texnika və infrastruktur üzrə müavini İrəc Hatəmi deyib.

“On beş ildir ki, mütəmadi olaraq Naxçıvana gəlirəm. Bu illər ərzində Naxçıvanın çox böyük inkişaf yolu keçdiyini qeyd etmək istərdim. Əminəm ki, Naxçıvan bundan sonra da inkişaf edəcək və xaricdən gələn qonaqlar, turistlər üçün daha da cəlbedici bir məkan olacaq”, - deyən İrəc Hatəmi Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi haqqında da danışaraq deyib ki, Duzdağ Allahın insanlara bəxş etdiyi bir nemətdir. Bronxial-astma və digər ağ ciyər xəstəliklərindən əziyyət çəkən xəstələrin burada dərmansız, sadəcə, nəfəs alaraq sağalması möcüzədir. Mərkəzdə müalicə olunanlar üçün ən müasir şərait yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: