“Müdafiə haqqında” Qanuna təklif edilən dəyişiklik təsdiqlənib

A- A A+

Parlamentdə “Müdafiə haqqında” Qanuna təklif olunan dəyişiklik üçüncü oxunuşda təsdiqlənib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsində “Müdafiə haqqında” Qanunun 17-ci maddəsinin yeni redaksiyada verilməsi nəzərdə tutulur. Burada ilk növbədə “Ərazi müdafiəsi” anlayışı təsbit olunur. Bundan başqa, yeni redaksiyada ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin təqdim edilən qanun layihəsinə əsasən, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları “Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə” ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ-hüquqi aktla təsdiq edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: