Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib

A- A A+

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin ildönümüdür.

NUHÇIXAN xəbər verir ki, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 56 il ötür.

Belə ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Bununla da Azərbaycanda dövlət quruculuğunda Heydər Əliyev dövrü başlayır. Məhz bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı, kənd təsərrüfatında göstəricilərin yüksəlməsi, milli kadrların inkişaf etdirilməsi, ali məktəblərin əsasının qoyulması və milli dövlətçilik ənənələrinin əsasının qoyulması istiqamətində çox ciddi addımlar atılır. Bu dövr həm də Azərbaycanda "qızıl dövr", "intibah dövrü" kimi də qiymətləndirilir.

Bunu nəzərə alaraq politoloq Amid Əliyev və bir sıra gənclər Quba rayonu, Xınalıq kəndində Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev Zirvəsinə yürüş təşkil ediblər.

Əsas məqsəd Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı üçün göstərdiyi fəaliyyətinə yüksək ehtiramın və diqqətin göstərilməsi olub.

Bu həm də yürüş iştirakçıları tərəfindən Heydər Əliyev şəxsiyyətinə olan bir mənəvi borcdur. Zirvədə politoloq Amid Əliyev tərəfindən bununla bağlı olaraq çıxış da edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: