Yaponiyada gözün buynuz qişası xəstəliyinin gövdə hüceyrələri vasitəsilə müalicəsinə icazə verilib

A- A A+

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi gözün buynuz qişası xəstəliyinin müalicəsi məqsədilə gövdə hüceyrələrindən (iPS hüceyrələri) istifadə üçün kiliniki sınaqlara icazə verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, söhbət gözün buynuz qişasının nazilməsi nəticəsində yaranan keratokonus xəstəliyindən gedir. Bu xəstəlik nəticəsində insanın görmə qabiliyyəti zəifləyir.

Hökumət strukturlarının icazəsindən sonra Kioto və Osaka universitetlərinin alimləri keratokonusun ağır formasını sağaltmaq üçün iPS hüceyrələrindən istifadə edəcəklər. Əməliyyat zamanı mütəxəssislərin bir neçə milyon hüceyrədən istifadə edərək 0,05 millimetr qalınlıqda yeni qat yaradacaqları bildirilir.

Keratokonus Yaponiyada gövdə hüceyrələri vasitəsilə müalicə üçün kliniki sınaqlara icazə verilən sayca altıncı xəstəlik olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: