Son altı ayda Naxçıvanda 116 qida zəhərlənməsi hadisəsi baş verib
Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:
“Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.
NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.