Keçmiş məcburi köçkün: Torpaqlarımız bu gün azaddır və insanlar öz yurdlarına qayıdırlar

A- A A+

Bu gün Ağdam rayonunun Kəngərli kəndinə - ata yurduma qayıtdığım üçün qürur hissi keçirirəm. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan Ordusuna minnətdarlığını bildirirəm ki, torpaqlarımız bu gün azaddır və insanlar öz yurdlarına qayıdırlar.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Kəngərli kəndinə köçən keçmiş məcburi köçkün Vüsalə Abbasova söyləyib.

O, torpaqlarımızın azadlığını görmək və oraya qayıtmaq sevincini bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.

Qayıtmağın onun üçün sevincli, həyəcanlı, eyni zamanda, qürurverici olduğunu deyən V.Abbasova Kəngərli kəndində ilk gedəcəyi yerin şəhidlərin və doğmalarının məzarı olacağını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: