Naxçıvanda növbəti "SUVAR" ekoloji aksiyası keçirilib - FOTOLAR

A- A A+

İyulun 18-də Naxçıvanda növbəti “SUVAR” ekoloji aksiyası təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aksiya yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmə məqsədi daşıyıb.

Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. İştirakçılar ətraf ərazilərdəki ağacları suvarmaqla yanaşı, sakinlərlə maarifləndirici söhbətlər aparıblar.

Hər iki nazirliyin əməkdaşları ağacların suvarılmasında və ictimaiyyətin məlumatlandırılmasında iştirak ediblər. Onlar vətəndaşlara su ehtiyatlarının qorunmasının vacibliyindən danışıblar.

Tədbir çərçivəsində “Tullantıları ekoçantaya dəyiş” adlı təşəbbüs də icra olunub. Bu təşəbbüs tullantıların azaldılması və təkrar istifadənin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: