Hərbi xidmətdən yayınma cinayətləri azalıb.
NUHÇIXAN xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib.
O qeyd edib ki, 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınmış Hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9%, o cümlədən Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4 %, Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, Fərarilik cinayətləri 70 % azalıb.