Prezident Naxçıvan televiziyasının əməkdaşlarını təltif edib - FOTOLAR
Prezident İlham Əliyev iyulun 21-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edib.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan televiziyasının əməkdaşları da var.
Sərəncama əsasən Naxçıvan televiziyasının sədr müavini Babayev Xaliq Yunis oğlu və Naxçıvan televiziyasının Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri Rzayev İlkin Əvəz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə təltif ediliblər.