İranda istilər su və elektrik təchizatında fasilələrə səbəb olub

A- A A+

İranda anomal isti hava səbəbindən su anbarlarında suyun səviyyəsinin son əsrdə minimum həddə çatması su və elektrik təchizatında fasilələrin yaranmasına səbəb olub.

NUHÇIXAN Yaxın Şərq mediasına istinadən xəbər verir ki, ölkənin meteorologiya xidmətlərinin məlumatına görə, 31 vilayətdən ən azı 18-də, o cümlədən Tehranda anomal istilər fəsadlar törədib.

İranın cənub və cənub-qərb bölgələrində havanın temperaturu 50 dərəcəni keçdiyi üçün ən azı 10 vilayətdə, o cümlədən paytaxtda dövlət qurumlarının su və elektrik enerjisinə qənaət etmək məqsədilə bağlanması əmri verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: