Bəxtiyar Məmmədov: Naxçıvan televiziyası peşəkarlığı və obyektivliyi ilə seçilir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan teleradiosunun kollektivini 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib.

NUHÇIXAN-ın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan mətbuatının inkişafına böyük diqqət göstərən Ümummilli Lider Heydər Əliyev media azadlığını demokratik cəmiyyətin əsas dayaqlarından biri kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam və inkişaf etdirilir, mətbuatın maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin fəaliyyəti yüksək qiymətləndirilir.

Naxçıvan Muxtar Respublikasında da informasiya siyasətinin həyata keçirilməsində televiziya və radio mühüm rol oynayır. "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti öz peşəkar fəaliyyəti, obyektiv və operativ informasiya siyasəti ilə seçilir, milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ideyalarının təşviqi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Əminəm ki, teleradionun kollektivi bundan sonra da yüksək peşəkarlıq məsuliyyətlə fəaliyyətini davam etdirəcək, cəmiyyətin məlumatlandırılmasında önəmli rol oynamaqda davam edəcək. 

Bu əlamətdar gün münasibətilə Naxçıvan teleradiosunun kollektivinə bir daha təbriklərimi çatdırır, fəaliyyətində uğurlar arzulayıram".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: