Diabet xəstələrinin qidalanmasında diqqət edilməsi vacib olan əsas məqam qan şəkərini sabit saxlamaq və kəskin dəyişikliklərin qarşısını almaqdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu məqsədlə sadə karbohidratlardan uzaq durmaq, liflə zəngin qidalara üstünlük vermək lazımdır.
Şəkər xəstələri qidalanma zamanı bir sıra şərtlərə əməl etməlidirlər:
- Karbohidrat qəbulunu nəzarətdə saxlamaq;
- Doymuş yağ qəbulunu azaltmaq;
- Şirin içkilərdən uzaq durmaq;
- Duz istehlakını 2300 mg-a salmaq;
- Spirtli içkilər istehlak etməmək.
Unutmayın: Şəkər xəstələri fiziki aktivliklə məşğul olmalı, vaxtında və balanslı şəkildə qidalanmalıdırlar.
Mövzu ilə bağlı hazırlanan videoçarxla linkdə tanış ola bilərsiniz.