Naxçıvan MR Həmkarlar İttifaqları Şurası əməkdaşına vəsiqə və nişan təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 24-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Milli mətbuatın 150 illik yubileyi münasibətilə təltif olunan Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Nura vəsiqə və döş nişanı təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Şura əməkdaşını təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, bu təltif həm də Həmkarlar İttifaqları Şurasına verilən dəyərin bir göstəricisidir. Daha sonra Günel Nura vəsiqə və döş nişanı təqdim olunub. Şura əməkdaşı göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, qarşıdakı dövrdə də öz işini məsuliyyətlə və səylə davam etdirəcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: