Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu düşəcək, güclü külək əsəcək

A- A A+

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, 8-i axşamadək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 metrədək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4° enəcək.

Martın 7-si axşama doğru və 8-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq, ayrı-ayrı yerlərdə arabir 23-28 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 7-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: