Nazir: Naxçıvan yataqları ilə bağlı hesabat beynəlxalq investorları cəlb etməyə imkan verəcək

A- A A+

Naxçıvanda ilin sonlarına qədər yataqların beynəlxalq standartlara və tələblərə uyğun hesabatının hazırlanması işləri yekunlaşacaq. Bu da həmin yataqlara beynəlxalq investorları cəlb etməyə imkan verəcək.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

Nazir qeyd edib ki, Prezidentin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olunub və bu il Naxçıvanda da müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

“Bu istiqamətdə həyat keçirilən tədbirlərdən biri də Beynəlxalq Geologiya-Mədənçilik Forumudur. Bu forum çərçivəsində aparılan müzakirələr beynəlxalq təşkilatların öyrənilməsinə və regional əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Forumda müxtəlif ölkələrdən qeyri-hökumət təşkilatları, dövlət təşkilatlarının nümayəndələri iştirak edir və düşünürəm ki, buradakı müzakirələr geologiya sahəsində innovativ yeniliklərin tətbiqinə töhfə verəcək”, - deyə Xanlar Mustafayev qeyd edib.

Nazir vurğulayıb ki, muxtar respublikada son iki il ərzində 6 qeyri-filiz yatağı aşkar edilib, qiymətləndirmə işləri görülərək dövlət qeydiyyatına alınıb: “Filiz yataqlarında axtarış, qiymətləndirmə işləri davam etdirilir. Həmin yataqlardan biri də “Nəsirvaz” filiz yatağıdır. Ötən il aparılan işlərin nəticəsində sink-qurğuşun göstəriciləri əldə olunub. Bu göstəricilər baxıb deyə bilərik ki, həmin ərazilərdə çoxlu perspektivlər var. Həmçinin Babək rayonunun Xalxal sahəsində də mis yataqları kəşf olunub. İlkin nəticələr göstərir ki, həmin ərazidə mis yatağının perspektivi mövcuddur. Artıq bəzi işlərin icrasına başlanılıb. “Parağaçay” və “Qapıcıq” molibden yatağında, eləcə də “Gümüşlü” polimetal yatağında artıq beynəlxalq qiymətləndirmə üzrə qazmalar icra olunur və ilin sonuna qədər həmin yataqların beynəlxalq standartlara və tələblərə uyğun hesabatının hazırlanması başa çatacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: