İllinoys Texnologiya İnstitutunun əməkdaşları bu giləmeyvənin faydalı olmasına çəkinin azaldılması və diabet xəstələrində qanda şəkərin miqdarına nəzarət nöqteyi-nəzərindən diqqət yetiriblər.
NUHÇIXAN tibb saytlarına istinadla xəbər verir ki, moruq qanda qlükozanın miqdarını aşağı salır və insulin ifrazını nizamlayır. Əgər hər gün moruqdan istifadə olunarsa, o zaman çəkinin real şəkildə azalmasını müşahidə etmək mümkündür.
Moruğun müsbət təsiri artıq çəkidən əziyyət çəkən könüllülər qrupu üzərində sınaqdan keçirilib. Belə ki, onlar iki altqrupa bölünüb: birinci qrupdakılar ikinci tip diabet xəstələri, digərləri isə diabet riski qrupuna aid olanlar idi. Təcrübələrdə, həmçinin sağlam nəzarət qrupu da iştirak edib. Könüllülərə dondurulmuş moruqdan istifadə etməklə müxtəlif miqdarda – bir fincan, iki fincan və ya moruqsuz səhər yeməyi verilib.
Sınaqlar göstərib ki, insanlar nə qədər çox moruq qəbul ediblərsə, mədəaltı hüceyrələrə qanda şəkərin miqdarını nizamlamaqdan ötrü daha az insulin lazım olub. Əlavə olaraq, sərbəst şəkərlər orqanizm tərəfindən daha sürətlə istifadə edilib ki, bu da çəkinin azalması şansını artırıb. Alimlərin sözlərinə görə, bu, bədəni şəkəri deyil, piyləri əritməyə məcbur edir. Moruq, həmçinin tərkibindəki sellülozun (mikroflora üçün xeyirlidir), antosianların (flavonoidlər) və ellaqotatinlərin (aşılayıcı xassələri) sayəsində çox faydalıdır.