Müəllimlər İnstitutunda “Elm aylığı”na start verilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə institutun rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda 2019-cu ilin mart ayı “Elm aylığı” elan edilib və aylıq çərçivəsində silsilə elmi və elmi-təşkilatı tədbirlərin keçirilməsi planlaşdırılıb.  Rektor keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib. “Elm aylığı”nın mahiyyəti, məqsədi  və vəzifələri haqqında danışıb.

Sonra Seminar-müşavirədə çıxışlar dinlənilib.

Seminar-müşavirə bölmə iclasları ilə işini davam etdirib. Bölmə iclasları pedaqoji-psixoloji elmlər, filoloji fənlər və onların tədrisi metodikası, riyaziyyat, informatika və onların tədrisi metodikası, təbiət, humanitar və ictimai elmlər mövzularına həsr olunub.

                                                    Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: