NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətitərəfindən hazırlanan “Bağçalar arasında dostluq və əməkdaşlıq körpüsü” layihəsi uğurla icra olunur. Naxçıvan şəhərindəki uşaq bağçaları arasında dostluq əlaqələrinin genişləndirilməsinə xidmət edən layihəyə əsasən bağçalarda mütəmadi olaraq açıq dərslər və əlamətdar günlərlə bağlı tədbirlər keçirilir.
Layihə çərçivəsində 1 nömrəli uşaq bağçasındaNaxçıvan şəhərində fəaliyyət göstərən bağçaların rəhbərlərinin və tərbiyəçilərin iştirakı ilə növbəti açıq dərslər keçirilib.
Bağçanın tərbiyəçiləri “Savad təliminə hazırlıq və nitqin inkişafı”, məşğələsində “Vətənim mənim” və “Ətraf aləmdə tanışlıq” məşğələsində “Yurdumuza bahar gəlir”mövzusunda açıq dərslər keçiblər.
Daha sonra böyük qrup uşaqlarının hazırladığı tədbir təqdim olunub. 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə anaya, qadın adının ucalığına həsr olunmuş şeirlərifa edilib. “Ana”, “Anacan”, “Bayramınız mübarək”, “7 çiçək, 7 gül” mahnıları oxunub. Sonda “Çiçək” rəqsi təqdim olunub.
Daha sonra dinlənilən dərslər və keçirilən tədbir bağça rəhbərləri və tərbiyəçilər tərəfindən geniş müzakirə edilib. Müzakirə zamanı qabaqcıl təcrübə və nöqsanlardan söz açılıb.
Sonda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təhminə Mustafayeva bağçalar arasında yaradılan bu əlaqələrin muxtar respublikamızda aparılan dövlət-uşaq siyasətinə xidmət etdiyini, bağçalar arasında əsl dostluq körpüsü rolunu oynadığını qeyd edib. O da vurğulanıb ki, bu əlaqələr bağçalarda ciddi dönüşün yaradılmasına xidmət edir və nəticələr artıq hiss olunmaqdadır.
Qafar Qərib