Bakıya 200 yeni avtobus gətirilir

A- A A+

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2200-dən çox avtobus istifadə olunur.

AYNA-dan NUHÇIXAN-a verilən məlumata görə, cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək.

“Bu, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: