İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

A- A A+

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə NUHÇIXAN-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: