Naxçıvanda dövlət orqanlarının 37 əməkdaşı ixtisaslaşmış təlimləri uğurla başa çatdırıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin təşkil etdiyi uzunmüddətli təlimlərin 174 nəfər iştirakçısından 37 nəfəri qatıldıqları təlimləri uğurla başa çatdırıblar. “Rəhbərlər üçün İnkişaf Proqramı” təlimini 15 nəfər (hər biri 32 saat olmaqla 2 sessiya, 46 iştirakçı), “Dövlət Satınalmaları və tətbiqi” təlimini 11 nəfər ( hər biri 18 saat olmaqla 2 sessiya, 43 iştirakçı), HR təlimlərini 7 nəfər (hər biri 24 saat olmaqla 2 sessiya, 39 iştirakçı), SMM təlimini 4 nəfər (8 saat olmaqla 1 sessiya, 46 iştirakçı) imtahanlarda yüksək nəticə əldə ediblər.
Hazırda “Naxçıvan Təlim Mərkəzi” PHŞ-nin təşkil etdiyi “Maliyyə və Mühasibat uçotu” və “Microsoft Office proqramları” təlimləri davam edir. Paralel olaraq mütəmadi olaraq ƏMAS, SƏTƏM və digər istiqamətlər üzrə qısamüddətli təlimlər keçirilir.
Avqustun sonuncu dekadasından etibarən uzunmüddətli təlimlərin yeni sessiyalarının keçirilməsinə hazırlıq işləri aparılır.
2025-ci ilin 7 ayı ərzində Mərkəzdə keçirilən təlimlərdə 80-ə yaxın dövlət qurumundan 1037 nəfər qısamüddətli və uzunmüddətli təlimlərdə iştirak etmişdir.