“Naxçıvan Taxıl Məhsulları” MMC-də mülki müdafiə qüvvələrinin hazırlığı yoxlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində mülki müdafiə məşqi keçirilib.

 “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqin məqsədi obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması olub. Həmçinin böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması məşq etdirilib.

Məşqə Nazirliyin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin, Mülki müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin və müəssisənin  müvafiq qüvvələri, eləcə də Fövqəladə Hallar Komissiyasının, mülki müdafiə qərargahının, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti də cəlb olunub.

Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin “Naxçıvan Taxıl Məhsulları” MMC-in ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar nazirliyin aidiyyəti qüvvələri ilə birgə fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilən nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Məşqdə ümumilikdə 14 ədəd texnika və 150 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: