Son 7 ildə bəzi müavinətlərdə qeydə alınan artımlar açıqlanıb

A- A A+

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlar beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin bu illərdə 4,2 dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, həmin dövrdə ailə başçısını itirməyə görə aylıq müavinət 2,5 dəfə artırılaraq 55 manatdan 140 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8 dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

Bununla yanaşı, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddi artım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45 manatdan 140 manata çatdırılmaqla 3,1 dəfə artırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: