Naxçıvan televiziyasının əməkdaşlarına "Tərəqqi" medalları təqdim olunub - FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 21 iyul tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə media nümayəndələri təltif edilib.
Təltif olunanlar arasında Naxçıvan televiziyasının sədr müavini Babayev Xaliq Yunis oğlu və Naxçıvan televiziyasının Proqram, efirə buraxılış və əlaqələndirmə departamentinin rəhbəri Rzayev İlkin Əvəz oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
NUHÇIXAN xəbər verir ki, medalları bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov təqdim ediblər.
Təbrik edirik!