Naxçıvanda dünən və bu gün ərzində 7 yanğın hadisəsinə çıxış olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, iki gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 7 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Şərur rayon Günnüt kəndində dağlıq ərazidə, Şahbuz rayon Badamlı qəsəbəsində, Culfa rayon Yaycı kəndində, Culfa rayon Ərəfsə kəndində quru otluq sahələrdə, Culfa rayon Gülüstan kəndində zibil poliqonunda, Şərur rayon Arpaçay kəndində həyətyanı sahədə və Babək rayon Babək şəhərində minik avtomobilində yanğın hadisələri baş verib.
Belə ki, Günnüt kəndində yanğın hadisəsi nəticəsində 25 hektar quru otluq sahə, Badamlı qəsəbə 50 m² quru otluq sahə, Gülüstan kəndində 60 m² sahə yanıb, 40 m² sahə xilas olunub. Arpaçay kənd isə 72 m² mebel sexi yanğından mühafizə edilib. Babək şəhərində "OKA" markalı minik avtomobilində baş veren yanğın hadisəsi nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.