AQTA: Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır

A- A A+

Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Statistikaya görə, hazırda dünya əhalisinin 2,5 faizi qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və həmin reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirləri aparılır.

“Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə - onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanılma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı həmin məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başadüşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır.

Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri), xərçəngkimilər, mollyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları (laktoza daxil olmaqla), qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya), kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfitlər və acıpaxla etiketdə mütləq göstərilməlidir.

Həmçinin həmin maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: