Şəhid Babək Əliyev anım günündə yad edilib - FOTOLAR
Bu gün 2022-ci ildə Kəlbəcər rayonunu ərazidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində şəhid olan Babək Əliyevin anım günüdür.
Anım günündə Culfa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Culfa Rayon Pois Şöbəsinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının, rayonda fəaliyyət göstərən idarə, müəsissələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, hərbçilər qəhrəmanı məzarı başında yad ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət Himni səsləndirilib. Şəhidin ruhuna dualar oxunub.
Sonra tədbirdə çıxışlar olub. Tədbir iştirakçıları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, hörmət və ehtiramlarını ifadə ediblər.