Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, ötən ay ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 11 min 410 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb. Daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 57 yanğın hadisəsinə çıxış olub, 4 halda köməksiz vəziyyətdə qalma və 3 digər hadisə ilə əlaqədar xilasetmə əməliyyatları həyata keçirilib. 3 müxtəlif ərazidə döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Yanğın təhlükəsizliyi təmin olunması məqsədilə 174 obyektdə yoxlamalar aparılıb. 46 dövlət müəssisəsində və sahibkarlıq obyektində texniki təhlükəsizliyə əməl olunması məqsədilə yoxlamalar kеçirilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 757 nəfərin iştirakı ilə tədris-metodiki toplanış, silsilə tədbirlər, seminar-müşavirələr keçirilib.