Ağ Evdə səslənən Himn – Azərbaycan qürurunun zirvəsi

A- A A+

Gördüyüm video qarşısında bir anlıq dayandım... Təkrar-təkrar baxdım - bu dəfə qürurla, bu dəfə daha duyğulu... Videoda Ağ Evin qarşısında dalğalanan bayraqlar və bütün Azərbaycanın qüruru olan möhtəşəm musiqi - Dövlət Himnimiz...

Tarix bəzi anlarla yadda qalır – hansı ki, bu anlar bir millətin qürurunu, iradəsini ifadə edir. Bəli, biz həmin qüruru dünən bir daha yaşadıq. Bəlkə də tarix kitablarında bu hadisə sadəcə bir cümlə ilə qeyd olunacaq: "Azərbaycan Respublikasının Dövlət Himni Ağ Evdə səsləndi." Ancaq bu, sadəcə bir ifa deyildi – bu, Azərbaycanın müstəqilliyinin, beynəlxalq nüfuzunun təntənəli ifadəsi idi.

Bu, Xudafərin körpüsündən, Şuşa qalasından, Qarabağdan gələn səs idi. Bu, Müzəffər Ali Baş Komandanın siyasi qətiyyətinin, uzaqgörənliyinin dünyaya bəyanı idi.

Bu səhnə Azərbaycan xalqının yaddaşında uzun illər boyu qürurla qalacaq. Sosial şəbəkələrdə yayılan görüntülər minlərlə insanın qəlbinə toxundu, xüsusən də gənclərin paylaşdığı duyğulu rəylər bu tarixi anı daha da dəyərli etdi.

Azərbaycan Dövlət Himninin Ağ Evdə səslənməsi bir daha sübut etdi ki, ölkəmiz artıq dünyada söz sahibi olan dövlətlər sırasındadır. Əminliklə deyə bilərəm ki, Ali Baş Komandanımızın uzaqgörən siyasəti və əvəzsiz rəhbərliyi sayəsində bu gün Ağ Evdə səslənən Himnimiz həm də Azərbaycanımızın beynəlxalq nüfuzunun və sülhsevrəliyinin ifadəsidir.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: