Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının yay istirahəti proqramından daha 40 nəfər ittifaq üzvü yararlanıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, avqustun 9-da Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşəbbüsü ilə təşkil olunan yay istirahəti proqramı çərçivəsində daha 40 nəfər ittifaq üzvü Ağbulaq İstirahət Mərkəzinə göndərilib.
İki günlük istirahət müddətində iştirakçılara dincəlmək və asudə vaxtlarını səmərəli keçirmək üçün geniş imkanlar yaradılıb. İttifaq üzvləri kanat xətti, şahmat, tennis və digər maraqlı intellektual oyunlardan faydalanıblar. Həmçinin, gündə üç dəfə təqdim olunan ləzzətli yeməklər iştirakçılara təqdim edilib. Mərkəzdə təşkil olunan canlı musiqi isə ittifaq üzvlərinə əyləncəli anlar yaşatmaqla yanaşı onların istirahətini daha da yaddaqalan edib.
Qeyd edək ki, Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının təşkil etdiyi bu proqram çərçivəsində ittifaq üzvləri aldıqları yollayışların yalnız 15 faizini ödəməklə şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan şəkildə keçirə bilirlər.