Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
NUHÇIXAN xəbər verir ki, ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Belə ki, Naxçıvan şəhər Tumbul kəndində fərdi yaşayış evinin mətbəx hissəsində, Əliabad qəsəbəsində 5 mərtəbəli yaşayış binasının zirzəmisində, məişət texnikası və avadanlıqları mağazasında, Babək rayon Göynük, Ordubad rayon Aza kəndlərində tövlə və ot bağlamalarında, Şərur rayon Tumaslı, Siyaqut, Yeni Havuş, Culfa rayonu Saltaq kəndlərində, Kəngərli rayon Qıvraq qəsəbəsində və Xok kəndində həyətyanı sahələrdə, Şərur rayon Xələc kəndində transformatorda və Naxçıvan şəhərində məişət tullantılarında yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.