Culfanın Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonunun ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə tibbi xidmət göstərilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbir çərçivəsində müxtəlif sahələr üzrə geniş müayinələr aparılıb, sakinlərin sağlamlıq vəziyyəti dəqiqliklə qiymətləndirilib. Həmçinin zəruri dərman vasitələri ilə təmin edilərək əhalinin sağlamlıq problemlərinin vaxtında həllinə dəstək göstərilib.

Tibbi xidmətlərlə yanaşı, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara sağlam həyat tərzi və xəstəliklərin profilaktikası barədə geniş məlumat verilib.

Nazirlik tərəfindən bu kimi aksiyaların əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və sağlamlıq səviyyəsini yüksəltmək məqsədilə davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: