8 Mart Beynəlxalq Qadınlar Günü münasibət ilə tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Əvvəlcə istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr edilən kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət “Naxçıvan qadınları – 95” adlı sərgiyə baxış olub. 

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbir iştirakçılarını və muxtar respublika qadınlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından təbrik edib. Muxtar respublika qadınlarının müxtəlif sahələrdəki uğurlarından danışan Ramilə Seyidova çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qadınları təbrik ­edib.

Sonra kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və ailə təsərrüfatçısı Sürəyya Quliyevanın çıxışları olub. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə fərqlənən qadınlara diplomlar təqdim olunub, tədbir iştirakçılarına hədiyyələr verilib. Tədbir konsert proqramı ilə başa çatıb. Həmin gün analoji tədbirlər muxtar respublikanın rayonlarında da keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: