Uşaq niyə yalan danışır? 3 səbəb

A- A A+

NUHÇIXAN  uşaqların yalan danışmasının səbəblərini təqdim edir.

Cəzalandırılmaqdan qorxmaq

Uşaqların yalana baş vurmasının ən əsas səbəbi cəzalandırılmaqdan qorxmaqlarıdır. Uşaqlar çıxılmaz vəziyyətə düşdüklərini hiss etdikdə yalan danışarlar. Səhv etdikdə çox sıxıntıya məruz qalırsa və sərt reaksiya ilə qarşılaşırsa, yalan deməyə başlayacaq.

Bəzən xəyal qurarlar

Digər tərəfdən yalan və xəyal qurmaq fərqlidir. Bəzən olduqları əhvala və psixoloji vəziyyətə görə xəyali hadisələr uydurub, onları real hadisə kimi danışarlar. Onların məqsədi yalan və ya aldatmaq deyil. Əgər həddindən artıq çox xəyali hadisələrdən danışırsa, səbəbləri araşdırılmalıdır.

Təsdiq edilmək üçün

Ana və atanın, dostlarının və müəlliminin onları sevmədiyini düşünən uşaqlar, özlərini dəyərsiz hiss edib, başqalarının diqqətini və təsdiqini əldə etmək üçün etmədiklərini edirmiş kimi danışarlar. Məsələn, qarnı ağrımadığı halda qarnının ağrıdığını, qiymətləri pis olduğu halda yaxşı olduğunu qeyd edərlər.

Necə davranmalı?

- Uşağınız yalan dedikdə həmin an onu günahlandırmaq, əsəbiləşmək və həddindən artıq reaksiya vermək düzgün deyil.

- Uşağı yalançılıqla ittiham etmək və onu qorxutmağa çalışmaq yalana davam etməsinə səbəb ola bilər. Məqsədiniz onu cəzalandırmaq yox, səhvini başa düşməsini və düzəltməsini təmin etmək olmalıdır.

- Uşağın niyə yalan dediyini anlamağa çalışaraq, yalançılığa itələyən səbəbləri də aradan qaldıra bilərsiniz. Bəzən ana və atanın davranışları uşaqları yalana təşviq edər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: