Elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən şəxs tutulub

A- A A+

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldatmaqda şübhəli bilinən 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan NUHÇIXAN-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: