Avqustun 13-ü Ümumdünya Solaxaylar Günüdür

A- A A+

Hər il 13 avqust dünyada Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi solaxay insanların gündəlik həyatlarında qarşılaşdıqları çətinliklərə diqqət çəkmək və onların cəmiyyətdəki yerini vurğulamaqdır.

Dünya əhalisinin təxminən 10-12%-i solaxaydır. Lakin əksər əşyalar – məktəb partaları, qayçılar, musiqi alətləri, kompüter siçanları və digər gündəlik istifadə vasitələri sağ əllə işləmək üçün hazırlanıb. Bu isə solaxaylar üçün bəzi hallarda çətinlik yarada bilər. Beynəlxalq Solaxaylar Günü bu problemlərə diqqət çəkmək və daha inklüziv bir mühit yaratmaq üçün önəmli gündür.

Tarixdə bir çox məşhur solaxay insanlar olub: Leonardo da Vinçi, Nikola Tesla, Albert Eynşteyn, Barack Obama, Bill Gates və digər tanınmış adlar. Onların uğurları göstərir ki, solaxaylıq fərqlilik deyil, sadəcə müxtəlifliyin bir hissəsidir və yaradıcılıqla dərin əlaqəsi ola bilər.

Bu gün, cəmiyyətdəki fərqlilikləri qəbul etmək və hər kəs üçün bərabər imkanlar yaratmağın nə qədər vacib olduğunu xatırladır. Solaxayların həyatını asanlaşdıracaq həllər yaratmaqla, daha ədalətli və anlayışlı bir dünyaya doğru addımlaya bilərik.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: