“Cumhuriyet” qəzeti: Zəngəzur dəhlizi Türkiyəni mühüm tranzit və logistika qovşağına çevirəcək

A- A A+

Zəngəzur dəhlizi beynəlxalq ticarət və bilavasitə türk ixracatçıları üçün ciddi bir fürsətdir. Orta Dəhliz təkcə Avropaya deyil, Yaxın Şərq və Afrikaya da yol açacaq.

NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyənin istefada olan generalı Necat Eslen “Cumhuriyet” qəzetində dərc olunan məqaləsində. Müəllif qeyd edir ki, Zəngəzur dəhlizi həm də Türkiyənin cənubundakı İsgəndərun və Mersin limanlarının əlavə həcmlərlə yüklənməsinə imkan verəcək. “Beləliklə, Türkiyə Asiya, Şərqi Aralıq dənizi və Afrika arasında mühüm tranzit və logistika mərkəzinə çevrilir”, -deyə N. Eslen bildirib.

Türkiyəli ekspert Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklə bağlı geosiyasi risklər fonunda Orta Dəhlizinin faydalarını da vurğulayıb. Məqalənin müəllifi Türkiyənin türk dövlətləri ilə əlaqələri üçün bu marşrutun xüsusi əhəmiyyətinə işarə edərək yazıb: “Orta Dəhliz Avropa ilə Asiya arasında yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə azaldır, Cənubi Qafqaz və Türkiyə isə bu arteriyanın əsas halqasına çevrilir”.

Məqalənin müəllifi Orta Dəhlizi “Türkiyə üçün mühüm geosiyasi kart-blanş” adlandırıb. “Orta Dəhliz üzrə yükdaşımaların həcmi ildən-ilə artır və artıq ildə 4,5 milyon tonu ötüb”, - deyən N.Eslen Zəngəzur dəhlizinin Gürcüstan ərazisindən keçən marşrutla birlikdə Orta Dəhlizinin mühüm qovşağına çevriləcəyinə əminliyini ifadə edib.

İstefada olan general bəzi analitiklərin Zəngəzur dəhlizinin ABŞ-ın uzunmüddətli nəzarətinə keçməsinin Vaşinqtonun Çinin təsirinə, xüsusən də “Bir kəmər, bir yol” təşəbbüsünə qarşı qlobal mübarizə istiqamətində atdığı növbəti addım olduğuna dair qiymətləndirmələrinə də diqqət çəkib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: