Kənd təsərrüfatı naziri Naxçıvanda səfərdədir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 14-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvana səfərə gəlib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsi önünə tər güllər qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Kənd təsərrüfatı naziri səfər çərçivəsində avqustun 15-də muxtar respublikada vətəndaşları qəbul edəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: