İlin altı ayında 300-dən çox şəxs yol qəzalarında həlak olub

A- A A+

2025-ci ilin yanvar-iyun aylarında 577 və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,8 faiz azalaraq 812 nəfər olub. Onlardan 313-ü həlak olub, 499-u isə yaralanıb.

Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bildirilib ki, yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz azalaraq 223 nəfər, yaralananların sayı isə 15,3 faiz azalaraq 472 nəfər olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: