Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.

NUHÇIXAN-ın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev vəzifəsindən azad olunub.

Digər əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Məlumatı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən "Report"un yerli bürosuna təsdiq ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: