Şərur rayonunun Axaməd kəndində fərdi yaşayış evində yanğın olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Axaməd kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 242 m² olan iki mərtəbə, 8 otaqdan ibarət olan fərdi yaşayış evinin 12 m² mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanıb. 

Evinin digər otaqları isə yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: